İT üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri
Şirkətin kompüter, server və şəbəkə sistemlərinin fasiləsiz işləməsini təmin etmək;
Şirkətin baş ofisi və filiallarında istifadəçilərə yerində və ya məsafədən (remote) texniki dəstək göstərmək, yaranan İT problemlərini operativ şəkildə həll etmək;
Kompüter, noutbuk, printer, skaner və digər İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətini həyata keçirmək;
Windows əməliyyat sistemlərinin və Microsoft Office proqramlarının quraşdırılması, sazlanması və idarə edilməsini təmin etmək;
Lokal şəbəkə (LAN), internet, Wi-Fi və digər şəbəkə infrastrukturunun quraşdırılması, idarə olunması və nasazlıqların aradan qaldırılması;
Antivirus proqramlarının tətbiqini və informasiya təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsini təmin etmək;
Ehtiyat nüsxələrin (Backup) yaradılması və məlumatların təhlükəsiz saxlanılmasını təmin etmək;
İT avadanlıqlarının inventar uçotunu aparmaq və texniki vəziyyətinə nəzarət etmək;
IP və analoq CCTV müşahidə sistemlərinin quraşdırılması, sazlanması, texniki xidməti və fasiləsiz işləməsini təmin etmək;
DVR və NVR qeydiyyat cihazlarının quraşdırılması, konfiqurasiyası, IP və analoq kameraların qoşulması, sazlanması və texniki dəstəyini həyata keçirmək;
İT infrastrukturunun inkişafı və optimallaşdırılması ilə bağlı təkliflər vermək və həyata keçirilməsində iştirak etmək.
Tələblər
İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
İT sahəsində minimum 1–3 il iş təcrübəsi;
Windows Server və Active Directory üzrə biliklərə üstünlük verilir;
Şəbəkə texnologiyaları (TCP/IP, LAN/WAN, DNS, DHCP) üzrə bilik;
Router, switch və Wi-Fi avadanlıqları ilə işləmək bacarığı;
IP və analoq CCTV sistemləri, DVR/NVR avadanlıqları ilə işləmək təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
İT və CCTV sistemlərində yaranan nasazlıqları operativ analiz və aradan qaldırmaq bacarığı;
Məsuliyyətli, diqqətli, analitik düşüncəli və komandada işləmək bacarığı;
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi, gündə 8 saat;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Karyera yüksəlişi imkanı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "İT üzrə Mütəxəssis" qeyd olunması xahiş olunur.

